Gürcüstanın qərbində da arxeoloqlar təxminən 10 min il əvvəl yaşamış insanın skeletini aşkar ediblər.
Azpost.info bildirir ki, bu barədə NewsGeorgia yazır.
Saçxere bələdiyyəsindəki Bondi mağarasında unikal kəşf edilib. Daşlarla əhatə olunmuş kurqanda tapılan qalıqlar qədim dəfn mərasimləri üçün xarakterikdir. İlkin hesablamalara görə, skelet 12 yaşından kiçik uşağa məxsusdur.
Bondi mağarası Gürcüstan Dövlət Universitetinin professoru İlya Nikoloz Tuşabramişvilinin rəhbərlik etdiyi ekspedisiya zamanı tədqiq edilib. Qalıqlar Çiatura Diyarşünaslıq Muzeyinə təhvil verilib.
Yaxın gələcəkdə alimlər qədim insanın sümüyündən çıxarılmış DNT-ni deşifrə etməli olacaqlar. Böyük Britaniya, ABŞ və Yaponiyadan olan mütəxəssislərin cəlb edilməsi ilə xarici laboratoriyalarda genetik analizlər aparılacaq.
Professorun fikrincə, uşaq skleti keçən il yaxınlıqdakı Kotia mağarasında arxeoloqlar tərəfindən aşkar edilən adamın -“Kote”nin “əmisi oğlu” ola bilər. Qalıqların təsdiq edilmiş yaşı 9700 ildir.
“Bu, dörd genetik xətti təmsil edən Qərbi Avropa genomudur. Dörd nəfərdən biri Cənubi Qafqazdandır”, – Tuşabramişvili “Rustavi 2” telekanalına müsahibəsində bildirib.
Bondi mağarası unikal arxeoloji abidədir. Professor Tuşabramişvili 2007-ci ildə kəşf edib.