AZ

Ledi Qaqa çoxdan gözlənilən etirafı etdi

Amerikalı müğənni Ledi Qaqa (Stefani Cermanotta) beş ildir münasibətdə olduğu biznesmen Maykl Polanski ilə evlilik yolunda olduğunu təsdiqləyib.

seher.media-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, ulduz aktrisa bu barədə Fransa Baş naziri Qabriel Attal ilə söhbətində elan edib.

Bildirilib ki, müğənni ilə fransalı siyasətçinin söhbəti Olimpiya Oyunları çərçivəsində baş tutub. Ledi Qaqa sevgilisini təqdim edərkən onu nişanlısı adlandırıb.

Qeyd edək ki, sevgililər ümumi dostun məclisində tanış olublar. Bununla belə, müğənni rəsmi olaraq ictimaiyyətə bu münasibət haqqında məlumat verməyə tələsməyib. Stefani indi də şəxsi həyatı haqqında nadir hallarda şərh verir.

Bu ilin aprelində sosial şəbəkələrdə Ledi Qaqanın mümkün nişanlanması barədə aktiv müzakirələr başlayıb. Həmin vaxt paparatsiyalar müğənnini çəkmişdilər. Müğənninin özü isə bu xəbərləri heç cür şərh etməmişdi.

Ledi Qaqa çoxdan gözlənilən etirafı etdi

Ledi Qaqa çoxdan gözlənilən etirafı etdi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
2
seher.media

10Mənbələr