Azərbaycanın boksçusu Nicat Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 51 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Dominikandan olan Junior Alkantara Reyeslə üz-üzə gəlib.
Bu görüşdə idmançımız məğlub olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.