AZ

"Paris-2024": Daha bir boksçumuzdan erkən vida

Azərbaycanın boksçusu Nicat Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

Sportnet.az xəbər verir ki, 51 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Dominikandan olan Junior Alkantara Reyeslə üz-üzə gəlib.

Bu görüşdə idmançımız məğlub olub.

Qeyd edək ki, daha əvvəl Məhəmməd Abdullayev (+92 kq) və Malik Həsənov (63,5 kq) Olimpiadada mübarizəni dayandırıb, Alfonso Dominqes (92 kq) isə 1/4 finala yüksəlib. Bu gün boks yığmamızın sonuncu üzvü Murad Allahverdiyev də rinqə çıxacaq.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
18
sportnet.az

10Mənbələr