AZ

Digər ölkələrMəsud Pezeşkian: İran Qərblə gərginliyin azaldılmasını müzakirə etməyə hazırdır

İran Prezidenti Məsud Pezeşkian Qərblə münasibətləri yumşaltmaq üçün danışıqlara hazır olduğunu bildirib.

"Far.Az"un IRIB telekanalına istinadən verdiyi məlumata görə, o, bu barədə andiçmə mərasimindəki nitqində deyib.

“Biz Qərb ölkələrini qarşılıqlı hörmət və bərabərlik əsasında münasibətlər qurmağın zəruriliyini başa düşməyə çağırırıq. Biz indiyədək İranın dünyada hansı yeri tutduğunu dərk etməyən dövlətlərlə gərginliyin aradan qaldırılması üçün danışıqlar aparmağa hazırıq”, - o bildirib.

Qeyd edək ki, bu gün Tehranda parlament binasında İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçirilib.

Seçilən
51
15
far.az

10Mənbələr