İran Prezidenti Məsud Pezeşkian Qərblə münasibətləri yumşaltmaq üçün danışıqlara hazır olduğunu bildirib.
Azadmedia.az xəbər verir ki, o, bu barədə andiçmə mərasimindəki nitqində deyib.
Bel ki, “Biz Qərb ölkələrini qarşılıqlı hörmət və bərabərlik əsasında münasibətlər qurmağın zəruriliyini başa düşməyə çağırırıq. Biz indiyədək İranın dünyada hansı yeri tutduğunu dərk etməyən dövlətlərlə gərginliyin aradan qaldırılması üçün danışıqlar aparmağa hazırıq”, - deyə o bildirib.