Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.
“İki sahil” xəbər verir ki, təmsilçimiz 1/32 finalda çinli An Qixuanla görüşüb.
Mübarizə Y.Ramazanovanın üstünlüyü ilə başa çatıb - 6:5.
Bu nəticənin ardından idmançımız 1/16 finala yüksəlib. Onun bu raunddakı rəqibi almaniyalı Mişel Kroppen olacaq.
Qeyd edək ki, Yaylagül Ramazanova sıralama turunda 647 xalla 39-cu yeri tutmuşdu.