Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.
Futbolinfo.az xəbər verir ki, təmsilçimiz 1/32 finalda çinli An Qixuanla görüşüb.
Mübarizə Ramazanovanın üstünlüyü ilə başa çatıb – 6:5.
Bu nəticənin ardından idmançımız 1/16 finala yüksəlib. Onun bu raunddakı rəqibi almaniyalı Mişel Kroppen olacaq.
Ramazanova sıralama turunda 647 xalla 39-cu yeri tutmuşdu.