AZ

ABŞ Çinlə Rusiyanı "offsayt"da qoyacaq yeni ticarət yolunu irəli sürür

ABŞ Mərkəzi Asiya ölkələrindən Çin və Rusiya Federasiyasından yan keçməklə Ermənistan və Azərbaycan ərazilərindən keçməklə yeni ticarət marşrutu planlaşdırır.

Bu barədə Senatın xarici işlər üzrə iclasında çıxış edən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib.

"Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindir və hazırda onların dünya bazarlarına çıxışı üçün yeganə variantları ya Rusiya, ya da Çindən keçir. Əgər biz Ermənistan və ya Azərbaycandan keçən marşrut aça bilsək, o zaman onların dünya bazarlarına çıxışı olacaq və daha çox şey olacaq. Onlar isə Rusiya və Çindən daha az asılı olacaq”, deyə Ceyms O`Brayen bildirib.

O`Brayen çıxışı zamanı həmçinin Ermənistanın Avropaya inteqrasiya yolunda atdığı “cəsur addımları” və erməni əhalisinin keçmiş müttəfiqi ilə münasibətlərə yenidən baxmasını alqışlayıb.

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
46
hurriyyet.az

10Mənbələr