AZ

Dövlət Departamenti: ABŞ-ın Ukraynada taxılla bağlı addımlarını iqtisadi maraqlar diqtə edir

Amerikanın Ukrayna buğdasının ixracı ilə bağlı siyasətini ABŞ-ın iqtisadi maraqları və Rusiyanın dünya taxıl bazarında öz mövqelərini möhkəmləndirməsinə mane olmaq istəyi diqtə edir. 

Valyuta.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen etiraf edib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Ukrayna böhranını şərh edərkən, o, Vaşinqtonun bu vəziyyətdə, o cümlədən taxıl ixracı ilə bağlı öz iqtisadi maraqlarını rəhbər tutduğunu gizlətməyib. “İkinci məqam ondan ibarətdir ki, bu, ABŞ-a birbaşa iqtisadi təsir göstərir. 150 il ərzində buğda qiymətləri həqiqətən ABŞ-ın Orta Qərbi və Odessa vasitəsilə Ukraynadan ixracı ilə müəyyən edilir. Söhbət taxıl bazarının fundamental komponentlərindən gedir”, - Amerikanın xarici siyasət departamentinin nümayəndəsi bildirib.

"Əgər biz Rusiyanın Odessa və ya Ukrayna taxıl bazarlarına nəzarəti ələ keçirməsinə icazə versək, biz özümüzü Rusiyanın dünya taxıl bazarlarının 20%-dən çoxuna nəzarət etdiyi bir vəziyyətə salacağıq, - O'Brayen bildirib. Onun iddia etdiyi kimi, hadisələrin bu cür inkişafı ona gətirib çıxara bilər ki, Moskva “öz mülahizəsinə uyğun olaraq taxılı aşağı və ya şişirdilmiş qiymətə sata bilər”. Amerika diplomatı vurğulayıb ki, Vaşinqton Moskvanın qlobal taxıl bazarında mövqeyini möhkəmləndirməsinə mane olmaq üçün səy göstərir. O'Brien'in fikrincə, ABŞ-a qarşı yönəlmiş "bir növ monopoliya olardı". “Biz bunu ümumiyyətlə görmək istəmirik”, - dövlət katibinin köməkçisi deyib. 

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
37
valyuta.az

10Mənbələr