AZ

Dmitri Peskov: ”Rusiya Ukrayna ilə danışıqlara açıqdır”

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna ilə danışıqlara açıq olduqlarını, lakin rəsmi Kiyevin konkret bəyanatlar vermədiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Dmitri Peskov Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyakın jurnalistlərə Rusiya ilə danışıqlara hazır olduqları barədə verdiyi bəyanata münasibət bildirib.

Dmitri Peskov deyib:“Rəsmi Kiyevin müxtəlif səviyyələrdə açıqlamalar verdiyini eşitmişik, lakin bu məsələ ilə bağlı hər hansı ətraflı açıqlama verilməyib”.

Danışıqlar məsələsinin vaxtaşırı dilə gətirildiyini, lakin konkret açıqlamaların verilmədiyini ifadə edən Rusiya Prezidentinin sözçüsü qeyd edib ki, Rusiya tərəfi danışıqlara açıqdır.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, rəsmi Kiyev Moskva ilə danışıqlara hazırdır, lakin bu, beynəlxalq hüquqa əsaslanan şərtlər daxilində edilməlidir.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin fevralından bəri davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
veteninfo.az

10Mənbələr