“Allaha şükür ki, Putin Parisdə Olimpiadanın açılışını görməyib”.
interpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Komsomolskaya Pravda” radiosuna müsahibəsində bildirib.
O deyib ki, Rusiya prezidenti Vladimir Putin Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasiminə baxmayıb.
Rusiya prezidentinin açılış mərasimini izləyib-izləməməsi ilə bağlı suala Peskov “Mən belə düşünmürəm, yox, baxmayıb və Allaha şükür”, deyə cavab verib.
Peskov hesab edir ki, Parisdə Olimpiadanın açılış mərasimi gözəl səhnələşdirilib, lakin hər şeyi “dəhşətli həddi aşmaq” korlayıb.
“Hər şey gözəl idi və əslində, ssenari müəllifləri tərəfindən qoyulan dəhşət həddən artıq olmasaydı, yaxşı bir açılış mərasimi olduğunu söyləmək olardı. Bu səhnə dəhşətli, iyrənc idi”, – Peskov vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az