AZ

8 Noyabr prospektində təmir işləri nə yerdədir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, paytaxtın əsas prospektlərindən biri sayılan və uzunluğu 10 km olan 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunub. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.
Layihəyə əsasən, aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksəkhərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, velosiped zolağının, bufer zonasının və səkilərin tikilməsi işləri yerinə yetirilir.
Qeyd olunan işlər yüksək keyfiyyətlə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində, həmçinin sözügedən layihə çərçivəsində Afiyəddin Cəlilov küçəsində yerinə yetirilərək yekunlaşdırılıb. Artıq hər iki hissə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Hazırda əsaslı təmir işləri prospektin Xəqani Rüstəmov küçəsi-Zığ Dairəsi hissəsində davam etdirilir.
AAYDA tərəfindən hazırda prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün istismara yararsız səki daşlarının sökülməsi, ərazidən asılı olaraq 2.0-3.5 metr enində yeni səkilərin tikintisi, səki hissələrin bəzək daşlarla (tamet) örtülməsi işləri icra olunur. Analoji işlər prospekt boyunca yolayrıcında da aparılır. Ayırıcı zolağın eni ərazidən asılı olaraq 2.0-2.4 metr arası dəyişir.
Razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni, yəni 8 zolaq (4+4) saxlanılmaqla 3 metr enində (1.5 m gediş, 1.5 m gəliş) ayrılmış velosiped zolaqları (10 km) salınır, velosiped yolları eni 2.4 metr olan (1.2 m gediş, 1.2 m gəliş) "bufer zona"lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülür.
Artıq prospektdə təmir-tikinti işləri çərçivəsində 32 min kvadratmetr yeni səki daşı düzülüb, səki, ayırıcı zolaq və bufer zonada 25 min kvadratmetr bəzək daşı (tamet) döşənib, 2 min kvadratmetr velosiped zolağı tikilib, 170 kommunikasiya xətlərinin baxış qapağı və səth sularının ötürülməsi üçün yağış barmaqlığı quraşdırılıb.
Agentlik tərəfindən hazırda uzunluğu 2.2 km olan prospektin Sadıqcan küçəsi-Zığ Dairəsi hissəsində asfaltlanma işləri icra olunur. Qeyd olunan istiqamət üzrə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşan kimi əks istiqamətdə, yəni Zığ Dairəsi-Sadıqcan küçəsi hissəsində də asfaltlanma işlərinin icrasına başlanılacaq.
Əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılır. Hazırda prospektin müxtəlif hissələrində yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri görülür.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
50
oxu.az

10Mənbələr