AZ

Yaxın Şərq böyük savaşın ASTANASINDA – İsraillə İran yenidən ÜZ-ÜZƏ

Yaxın Şərqdə vəziyyət sözün həqiqi mənasında daha kəskin xarakter almağa başlayıb. İyulun 27-də “Hizbullah”ın Colan təpələrindəki qəsəbəyə raket hücumu və nəticədə futbol oynayan 12 uşağın ölümü İsrailin Livana cavab zərbələri endirməsinə əsas yaradıb.

İsrail Silahlı Qüvvələrinə məxsus pilotsuz aparatlar Livanın cənubundakı Şaqra şəhəri yaxınlığına zərbələr endirib. Hücum nəticəsində iki nəfərin öldüyü, biri uşaq olmaqla üç nəfərin isə yaralandığı bildirilir.

Amma məsələ heç də bununla bitməyib. Belə ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə gecə saat 2 radələrində Tehranda yaşadığı iqamətgahda raket zərbələrilə öldürülüb. HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib.
 

MÖVZU İLƏ BAĞLI:

“İsrail Ukrayna kimi yarı yolda buraxılmaq istəmir” – “Yaxın Şərq NATO-su” ideyasının PƏRDƏARXASI


Yaranmış vəziyyətlə əlaqədar İranın Ali Milli Təhlükəsizlik Şurası HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı fövqəladə iclas keçirib. İclas ölkənin ali lideri Əli Xameneinin iqamətgahında baş tutub. Toplantıda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli zabitləri iştirak edib.

Bundan əlavə, İran rəsmiləri açıq şəkildə İsraili təhdid edərək, cavab tədbirlərinin görüləcəyini elan ediblər.

Baş verənlər fonunda Yaxın Şərqdə münaqişənin daha da böyüyəcəyi ehtimalı daha da artıb.

Yaxın Şərqi nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov bildirir ki, son günlər Yaxın Şərq regionunda baş verən proseslər bölgədə daha böyük müharibənin alovlanmasına zəmin yaradır:

“Yaxın Şərqdə proseslər çox sürətlə inkişaf edir. İsrailin Livana zərbəsi, HƏMAS liderlərindən Haniyənin öldürülməsi Yaxın Şərqdə daha böyük müharibənin alovlanması üçün zəmin yaradır. Netanyahu anlayır ki, müharibə dayandığı dövrdə seçkiyə getməlidir. O, isə hakimiyyəti itirmək təhlükəsilə üz-üzə qalıb.

Netanyahu onu da anlayır ki, İsrailin müdafiəsi ABŞ seçkilərində əsas xarici siyasət mövzularından biridir. Həm demokratlar, həm də respublikaçılar İsrailə daha çox yardım göstərmək uğrunda mübarizə aparır. Belə olan halda daha maksimum nəticə almaq və hakimiyyətdə qalmaq kimi məqsəd də mövcuddur”.

Həmsöhbətimizə görə, Yaxın Şərq ölkələri müharibənin “ikinci nəfəs” almasında maraqlı deyillər:

“Çünki hazırda İsraillə müharibə ABŞ-la müharibə deməkdir. Buna isə hər hansısa bir ölkənin tab gətirməyə resursu yoxdur”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
112
50
bizim.media

10Mənbələr