AZ

"İran çətin ki, buna izin versin…"— AÇIQLAMA

"İranın ali dini lideri Əli Xamenei HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri prosesin ciddiliyindən xəbər verir. Bununla belə total bir müharibənin olma ehtimalı çox azdır"

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O bildirib ki, İran bu günə qədər İsrail ilə proksiləri olan Hizbullah HƏMAS və son zamanlar husilər vasitəsilə mübarizə aparır:

“Lakin bu günə qədər İran İsrail ilə total bir müharibə etməyib. Ümumiyyətlə, bu iki ölkənin quru sərhədi yoxdur və bu total müharibəni imkansız edir. Bundan başqa İranın belə bir müharibəyə maddi imkanı da yoxdur. 

Digər bir məsələ də İranın İsrailə hücumu fonunda ona qarşı yaranacaq beynəlxalq koalisiya riskidir. Əslində İsrailin etmək istədiyi də budur”.

Politoloq onu da qeyd edib ki, Təl-Əvivin hədəfi İranı üzərinə çəkib ona qarşı koalisiya yaratmaqdır:

“Bunu İran da bilir və çətin ki, buna izin versin. ABŞ özü də belə bir müharibənin olmasını istəmir. Çünki İsrailə hücum olarsa ABŞ da İranı vurmalı olacaq. Bu isə ABŞ üçün ikinci Əfqanıstan ssenarisinin işə düşməsi deməkdir. 

İndiki məqamda total bir müharibə nə İrana, nə də ABŞ-a sərf etmir. İran ən pis halda bir-iki raket atıb sonra bunu ictimaiyyətə qisas kimi təqdim edəcək. İsrailin özü də təkbətək müharibədə İranı məğlub edə bilməz. İsrailin məqsədi onsuz da İranın nüvə obyektlərini vurmaqdır. Amma yenə də ABŞ olmadan nəsə etməsi çətindir”.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
163
50
demokrat.az

10Mənbələr