AZ

Orta cinslə döyüşdən imtina edən boksçudan şok qərar – FOTO

İtalyan idmançı Anjela Karini əlcəzairli orta cins nümayəndəsi İman Xəliflə qalmaqallı döyüşdən sonra radikal qərar verib. Belə ki, o, boksdan birdəfəlik getmək qərarına gəlib.

TEMPİNFO xəbər verir ki, “Mən başımı dik tutaraq gedirəm və boksla vidalaşıram”, – deyə Karini bildirib.

Xatırladaq ki, onların qarşıdurması Paris Olimpiya Oyunlarında 1/8 final mərhələsində baş tutub. Döyüş başladıqdan 46 saniyə sonra başa çatıb. Səbəb isə Karininin orta cinsli rəqibinin zərbələrinin ağırlığına dözməməsi olub. Mediada yayılan məlumata görə, Karini – “mən dəhşətli ağrı çəkirəm, davam etmək istəmirəm”, – deyib. Hakim rinqin mərkəzində İman Xəlifin əlini qaldırmağa hazırlaşanda isə Karini – “Bu ədalətsizlikdir! Ədalətsizlikdir”, – deyə qışqırıb. Sonra isə rəqibi ilə əl sıxmaqdan imtina edib.

Onu da qeyd edək ki, 2023-cü il dünya boks çempionatının finalından əvvəl Xəlif XY xromosomunun mövcudluğunu göstərən gender testindən keçə bilməmişdi. Buna baxmayaraq, idmançı Paris Olimpiya Oyunlarına buraxılıb.

TEMPİNFO

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
9
tempinfo.az

10Mənbələr