AZ

Azərbaycanın olimpiya çempionları Vətənə qayıdırlar

Azərbaycanın

Bakı, 3 avqust, AZƏRTAC

“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdırlar.

AZƏRTAC xəbər verir ki, onların avqustun 4-ü saat 05:15-də Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi olacaq.

Qeyd edək ki, Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Dövlət Himnimizi səsləndiriblər. Bununla da Azərbaycan cüdo üzrə yarışların medal sıralamasında ikinci yeri tutub. Bu göstərici Azərbaycan cüdo tarixində ilkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
8
azertag.az

10Mənbələr