AZ

Azərbaycanın Olimpiya çempionları Vətənə qayıdırlar

“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdırlar.

90deqiqe.Az xəbər verir ki, onların avqustun 4-ü saat 05:15-də Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi olacaq.

Qeyd edək ki, XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçuları Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Dövlət Himnimizi səsləndiriblər. Bununla da Azərbaycan Olimpiadanın cüdo yarışlarında medal sıralamasında ikinci yeri tutub. Bu göstərici Azərbaycan cüdosunun tarixində ilkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
8
90deqiqe.az

10Mənbələr