Müğənni Cennifer Lopez aktyor Ben Afflekdən boşanacağı üçün qəzəblənib.
Paralel.az xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.
Məşhurların əhatəsində olan bir mənvbə bildirib ki, Cennifer Lopez özünü alçaldılmış hiss edir, çünki 2021-ci ildə müğənni ilə münasibətlərin bərpasına məhz Ben Afflek təşəbbüs göstərib. Mənbənin sözlərinə görə, sənətçi onu həyatının sevgisi hesab etdiyi üçün üzülür. Bundan əlavə, Lopez boşanmanın uşaqlara mənfi təsirindən narahatdır.
"Beş uşaq var. Lopez onları birlikdə böyüdəcəklərini düşünürdü. İndi o, bunun bitdiyi ilə barışa bilmir", deyə mənbə bildirib.
Başqa bir mənbə əlavə edib ki, Ben Afflek indi Cennifer Lopezi daha da aşağılamamaq üçün boşanma ərizəsini qəsdən gecikdirir.
Ulduzların ilk nişanı 2002-ci ildə baş tutsa da, 2004-cü ildə sevgililər ayrılıblar. 2021-ci ildə aktyor və müğənni yenidən bir araya gəlib, 2022-ci ilin yayında evləniblər. Onlar müxtəlif nikahlardan olan övladlarını birlikdə böyütməyə razılaşıblar.
May ayında Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair şayiələr ortaya çıxıb. Bildirilib ki, aktyor onların malikanəsindən çıxıb və kirayə evə köçüb. Eyni zamanda, mənbə qeyd edib ki, ixtilafda sənətçinin heç bir günahı yoxdur.
Bu yaxınlarda məlum olub ki, məşhurlar evliliklərinin ikinci ildönümünü ayrı keçiriblər və bu, boşanma şayiələrinə təkan verib. Ben Afflek də Cennifer Lopezin ad günü partisini buraxıb.(Qaynarinfo)