AZ

Zəfər günündə SOCAR müharibə iştirakçıları ilə görüş keçirilmişdir

8 noyabr “Zəfər Günü” bayramı ölkəmizin bütün ərazisində böyük sevinc və qürur hissi ilə qeyd olunur. 
Böyük zəfərin Müzəffər Ali Baş Komandanımızın ətrafında dəmir yumruq kimi birləşən mərd vətən övladları tərəfindən əldə olunmasında çoxminlik SOCAR ailəsinin də layiqli iştirakı olmuşdur. 
SOCAR rəhbərliyi 1-ci və 2-ci Qarabağ Müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və veteranlara xüsusi həssaslıqla yanaşır, onların problemlərini daim diqqət mərkəzində saxlayır. 
Zəfər günü ilə bağlı SOCAR rəhbərliyinin dəstəyi və SOCAR-ın Nəqliyyat İdarəsinin təşəbbüsü ilə İdarənin işçiləri sırasından 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçıları üçün bayram məclisi təşkil olunmuşdur. 
Məclisi giriş sözü ilə Nəqliyyat İdarəsinin rəisi, 1-ci Qarabağ müharibəsinin iştirakçısı Ələddin Məmmədov açaraq, SOCAR rəhbərliyi və Nəqliyyat İdarəsinin kollektivi adından şəhid ailəsi üzvlərini, qaziləri, veteranları bayram münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. 
Müharibə iştirakçıları çıxış edərək öz ürək sözlərini bildirmişlər. 
Daha sonra tədbirin bədii hissəsi keçirilmişdir.

Seçilən
575
3
aqreqator.az

3Mənbələr