"Döyüş istədiyim kimi alınmadı. Mənim günüm deyildi. Ona görə qızıl medal qazana bilmədim".
Prosport.Az xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Loren Alfonso deyib.
92 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan idmançı rəqibinin çox güclü olduğunu bildirib: "Döyüşdən əvvəl onu analiz etmiş, öz taktikamı qurmuşdum. Amma alınmadı. Rəqib döyüşə daha yaxşı köklənmişdi".
Boksçu yarımfinal və final döyüşləri arasındakı fasilənin onun çıxışına təsir etmədiyini söyləyib: "Bu, mənim üçün bəhanə ola bilməz. Çünki belə idmançı deyiləm. Düşünürəm ki, gümüş medal qazanmaqla tarix yazdım. Amma medalın əyarından razı deyiləm. Söz verirəm ki, növbəti olimpiadada qızıl medal qazanacağam. Hamı qalib gəlmək istəyir. Amma hər şey Tanrının əlindədir. Bu gün qismətimdə gümüş medal var idi, onu da əldə etdim. Məğlubiyyətə baxmayaraq, bu gecə yatmazdan əvvəl Tanrıya dua edəcəyəm ki, məni medalsız qoymadı".
Qeyd edək ki, Loren Alfonso finalda özbəkistanlı Lazizbek Mullojonova uduzaraq 2-ci yeri tutub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta