"Döyüş istədiyim kimi alınmadı. Mənim günüm deyildi. Ona görə qızıl medal qazana bilmədim".
Apasport.az xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes deyib.
92 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan idmançı rəqibinin çox güclü olduğunu bildirib: "Döyüşdən əvvəl onu analiz edib, öz taktikamı qurmuşdum. Amma alınmadı. Rəqib döyüşə daha yaxşı köklənmişdi".
Boksçu yarımfinal və final döyüşləri arasındakı fasilənin onun çıxışına təsir etmədiyini vurğulayıb: "Uduzmağıma görə hər hansı bəhanə ola bilməz. Heç vaxt bəhanələr axtarmamışam. Elə bir idmançıyam ki, uduzanda nəticəni olduğu kimi qəbul edirəm. Heç bir təzyiq yox idi. Əldə etdiyim nəticəni uğurlu sayıram. Tarix yazdım. Ardıcıl ikinci dəfə Olimpiadada medal qazanan boksçu oldum. Hər kəsə təşəkkür edirəm. Medala görə xoşbəxtəm, amma qızıl olmasını istəyirdim. Söz verirəm ki, Los-Anceles-2028-də çempionluq üçün çalışacağım. Əlbəttə, hamı qələbə qazanmaq istəyir. Mənim qismətimdə gümüş imiş. Finala kimi hər döyüşdən sonra Allaha şükür edirdim. Bu gün də məğlub olmağıma baxmayaraq, Tanrıya dua edəcəyəm ki, gümüş medal qazandım".ümüş medal var idi, onu da əldə etdim. Məğlubiyyətə baxmayaraq, bu gecə yatmazdan əvvəl Tanrıya dua edəcəyəm ki, məni medalsız qoymadı".
Mübarizəyə 1/8 finaldan başlayan Alfonso Dominqes ilk görüşündə kubalı Xulio Sezar la Krusa qalib gəlib. Ardınca qazaxıstanlı Aybek Oralbayı üstələyən Paris olimpiadasının bürünc mükafatçısı yarımfinalda İspaniya təmsilçisi Reyes Planı mübarizədən kənarlaşdırıb. Finalda özbəkistanlı Lazizbek Mullojonova uduzan boksçu gümüş medalla kifayətlənib.
Angela Karini rəqibindən üzr istəyib
Alfonso Dominqesin finaldakı rəqibi bəlli olub
Paris-2024: Alfonso Dominqes finala yüksəlib!
Paris-2024: Boksçumuz mübarizəni dayandırıb
Güləşçilərimizin yarısı Fransaya yollanıb