AZ

İrəvanda ağır yol qəzası olub, xeyli sayda yaralı var

Ermənistanın paytaxtı İrəvanda üç nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 20 nəfər yaralanıb.Bu barədə "Sputnik Armeniya” məlumat verib.

İlkin məlumata görə, müxtəlif xəsarətlər almış 20 yaralı tibbi mərkəzə çatdırılıb.

Hadisə "KAMAZ” yük maşını, "MAN” şəhər avtobusu və "Toyota Corolla” markalı minik avtomobilinin iştirakı ilə baş verib.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
18
anews.az

10Mənbələr