AZ

İrəvanda ağır qəza: 20 yaralı var - Video

Ermənistanın paytaxtı İrəvanda üç nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 20 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Armeniya” bildirib.

Hadisə zamanı “KAMAZ” yük maşını, “MAN” şəhər avtobusu və “Toyota Corolla” markalı minik avtomobili toqquşub.

“İlkin məlumata görə, müxtəlif xəsarətlər almış 20 yaralı tibbi mərkəzə çatdırılıb”, – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
18
teleqraf.com

10Mənbələr