AZ

Hindistanda məbəddə izdiham: Ölənlər və yaralananlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hindistanın şərqindəki Bihar əyalətinin Cehanabad şəhərində məbəddə izdiham yaşanıb.
Nəticədə azı 7 nəfər ölüb, 35 nəfər yaralanıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
Faciə bazar günü axşam yüzlərlə dindarın Şiva tanrısına həsr olunmuş ənənəvi mərasimlər üçün məbədə toplaşdığı zaman baş verib.
Şəhər polis müfəttişi Divakar Kumar Vişvakarma Cehanabadın patoloji-anatomik şöbəsinə üç qadın və dörd kişi olmaqla, yeddi cəsədin daxil olduğunu təsdiqləyib. Əhali ölənlərin real sayının daha çox olmasından ehtiyat edir, çünki izdiham kütlənin nəzarət altına alınması üçün güc tətbiq edildiyi zaman baş verib.
"Məbəddə olanlar izdihamın administrasiya tərəfindən lazımi tədbirlərin görülməməsi səbəbindən baş verdiyini söyləyiblər. Bu, polisin səhlənkarlığı ucbatından baş verib", - deyə qurbanlardan birinin qohumu bildirib.
Hüquq-mühafizə orqanları isə bu ittihamları rədd edir.
Seçilən
198
50
oxu.az

10Mənbələr