AZ

Google Pixel Watch 3 smart saatı təqdim edilib - QİYMƏTİ

     Google şirkəti Made by Google tədbiri çərçivəsində yeni smartfonları ilə yanaşı yeni smart saatını da təqdim edib. Söhbət, Google Pixel Watch 3-dən gedir. Təqdim edilmiş Pixel Watch 3 xarici görünüşcə keçən ilki Pixel Watch 2-yə bənzəyir. Lakin keçən ilki smart saatdan fərqli olaraq Pixel Watch 3 modeli 2 gövdə ölçüsündə təqdim edilib. Birinci versiya 41 mm-lik gövdə ölçüsünə, ikinci versiya isə 45 mm-lik gövdə ölçüsünə sahibdir. 41 mm-lik gövdə ölçüsünə sahib versiya 1 Hz-dən 60 Hz-ə kimi təsvir yenilənməsinə sahib 1.2 düym ölçülü AMOLED ekranla, 45 mm-lik gövdə ölçüsünə sahib versiya isə 1 Hz-dən 60 Hz-ə kimi təsvir yenilənməsinə sahib 1.4 düym ölçülü AMOLED ekranla təchiz olunub.     Hər iki versiyada ekran Always-on-Display funksiyasını dəstəkləyir və üstəlik Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Bununla yanaşı hər iki versiyada ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir. Pixel Watch 3 smart saatı Snapdragon W5+ Gen 1 prosessoru vasitəsilə çalışır və 2 GB RAM ilə 32 GB daxili yaddaş həcmini əldə edib. Bununla yanaşı smart saatda 4G, Bluetooth 5.3, Wi-Fi, GPS və NFC dəstəyi reallaşdırılıb. Pixel Watch 3 ürək döyüntüləri tezliklərini, qandakı oksigen miqdarını və bədən temperaturunu ölçə bilir.     Smart saatın sahib olduğu maraqlı özəlliklərindən biri də odur ki, əgər istifadəçinin nəbzi ani olaraq dayanarsa, smart saat həmin anda təcili tibbi yardım xidməti ilə əlaqəyə keçəcək. Smart saatın 41 mm-lik gövdə ölçüsünə sahib versiyası özündə 310 mAh enerji tutumlu batareyanı, 45 mm-lik gövdə ölçüsünə sahib versiyası isə 420 mAh enerji tutumlu batareyanı birləşdirir. Həmçinin Pixel Watch 3 keçən ilki modeldən fərqli olaraq 20% daha sürətlə şarj olunur. Smart saat 10 sentyabr tarixində satışa çıxacaq. Onun qiymətləri isə aşağıdakı kimi olacaq.- 41 mm gövdə ölçüsü + Wi-Fi - 349$- 41 mm gövdə ölçüsü + LTE - 449$- 45 mm gövdə ölçüsü + Wi-Fi - 399$- 45 mm gövdə ölçüsü + LTE - 499$. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
19
technote.az

10Mənbələr