AZ

Google 3 ədəd Pixel smartfonunun satışlarını dayandırıb

     Google şirkəti Pixel 9 smartfon seriyasını təqdim etdi. Yeni seriyaya 4 model daxil oldu. Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL və qatlana bilən Pixel 9 Pro Fold. Məlum olub ki, yeni smartfonları təqdim etməklə şirkət həmçinin köhnə Pixel modellərinin satışlarını dayandırıb. Söhbət, Pixel 7, Pixel 7 Pro və keçən il təqdim edilmiş qatlana bilən Pixel Fold-dan gedir. Pixel 7 və Pixel 7 Pro modellərinin satışlarının dayandırılması gözlənilən olduğu halda keçən ilki Pixel Fold-un satışlarının dayandırılması səbəbi aydın deyil.     Bəzilərinin fikirlərinə əsasən Google sadəcə olaraq öz ilk qatlana bilən smartfonundan o qədər də razı qalmayıb. Bununla belə Pixel 7 smartfonlarından müəyyən müddət sonra təqdim edilmiş büdcəli Pixel 7a smartfonu hələ də satışda olaraq qalır. Ümumilikdə isə hal-hazırda Google şirkətinin online mağazasında Pixel 7a ilə yanaşı Pixel 8 smartfon seriyası (Pixel 8a daxil), Pixel 9 smartfon seriyası və qatlana bilən Pixel 9 Pro Fold satışdadırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
532
19
technote.az

10Mənbələr