AZ

"HZR Group" yenidən külli miqdarda cərimələnir - Yeni eyni maddə...

"HZR Group" MMC barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

İşə Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Seyidovun icraatındadır. 

Qeyd edək ki, ötən ilin iyul ayında da "HZR Group" MMC eyni maddə ilə 20 min manat cərimələnib. Sözügedən şirkət Qarabağ ərazisində aparılan yenidən quruma işlərinə cəlb edilən işçilərin qanunsuz işlədilməsi və bəzilərinin isə qanunsuz işdən azad edilməsinə yol verib. 

Əhməd
Seçilən
130
15
qaynarinfo.az

10Mənbələr