AZ

“Shield Aluminum”a protokol tərtib edilib

“Shield Aluminum” MMC-yə siyasi, sosial və əmək hüquqları əleyhinə olan iki inzibati xəta protokolu tərtib olunub.

Valyuta.az xəbər verir ki, şirkətə protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin icraatındadır. 

Qeyd edək ki, “Shield Aluminum” MMC şirkəti 2006-cı ildən etibarən Azərbaycanın İnşaat bazarında fəaliyyət göstərir. “Shield Aluminum” MMC şirkəti bir çox aparıcı Türkiyə və Avropa brendlərinin Azərbaycan nümayəndəsidir. Bu brendlərə dünyaca məşhur Türkiyənin Çuhadaroğlu, Schüco, Dorma, Kin Long , Siegenia və digər məşhur markalar daxildir.

Sadiq İsbəndərli

Seçilən
125
6
valyuta.az

10Mənbələr