Bakı. Trend:
Bakıda oğurluq hadisəsini kimin törətdiyi məlum olub.
Trend DİN-ə istinadən xəbər verir ki, Yasamal rayonuərazisindəki evlərin birindən 1300 manat pul və 7000 manatdəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumatdaxil olub.
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləritədbir nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinənMingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuşAyxan Qurbanov müəyyən olunaraq saxlanılıb. Ondan metamfetamin vəmetadon həbləri aşkar olunaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isərayon ərazisində digər mənzildən pul və 8000 manat dəyərindəqızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saatlı rayonsakini Əliağa Əliyev saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.