“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer komandanın yeni baş məşqçisi Enzo Mareska ilə işləməkdən gözləntilərini bölüşüb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu, Mareskanın əla məşqçi olduğunu bildirib:
“Bizim əla baş məşqçimiz var, onun məsləhətləri mənə irəliləyişə kömək edə bilər. Baş məşqçiyə qulaq assam və çox çalışsam, daha da yaxşılaşa bilərəm”.
Palmer ötən il Premyer Liqada mövsümün ən yaxşı gənc oyunçusu seçilib. O, İngiltərə çempionatında 22 qol vurub, 11 məhsuldar ötürmə edib.
22 yaşlı futbolçu “Mançester Siti”nin gənclərdən ibarət komandasında italiyalı mütəxəssisin rəhbərliyi altında çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin Etiketlərcelsi Koul Palmer
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta