AZ

“Xoşbəxt və sağlam olsam…” – “Çelsi”nın hücumçusu

“Çelsi”nin hücumçusu Kristofer Nkunku yeni mövsümlə bağlı gözləntilərini bölüşüb.



Komanda.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu bu mövsüm məqsədinin çox oynamaq olduğunu bildirib:



“Bu mövsüm məqsədim oynamaq və inamlı olmaqdır. Bilirəm ki, xoşbəxt və sağlam olsam, nəyə qadir olduğumu göstərə bilərəm. Buna heç bir şübhəm yoxdur”.



26 yaşlı forvard müxtəlif zədələr səbəbindən keçən mövsümün çox hissəsini buraxmışdı.



Nkunku ötən mövsüm İngiltərə Premyer Liqasında 11 matçda 3 qol vurmağı bacarıb. O, ötən yay “Leyptsiq”dən 60 milyon avroya “Çelsi”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərcelsi Kristofer Nkunku

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
32
komanda.az

10Mənbələr