AZ

Qaxda yol qəzası: Türkiyə vətəndaşı xəsarət aldı

Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, yol qəzası şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla “Lexus” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Türkiyə vətəndaşı, 1998-ci il təvəllüdlü Muhammed Sağlam yaralanıb.

O, müxtəlif dərəcəli xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
15
teleqraf.com

10Mənbələr