AZ

Qaxda qəza-Türkiyə vətəndaşı xəsarət aldı

Qaxda "Mercedes Vito" markalı mikroavtobus və “Lexus” markalı minik avtomobili toqquşub.

News24.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Türkiyə vətəndaşının xəsarət alması ilə nəticələnən yol qəzası saat 15.00 radələrində şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla “Lexus” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammed Sağlam müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Muhammed Sağlam Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
6
news24.az

10Mənbələr