AZ

Benyamin Netanyahunun böyük oğlunun yaşadığı binada "bomba həyəcanı"

İsrailin Baş naziri Benyamin Netanyahunun böyük oğlu Yairin Mayamidə yaşadığı elit yaşayış kompleksində partlayıcı qurğuya bənzər əşya aşkar edilib. Bu barədə  İsrailin "N12” telekanalı məlumat yayıb. 

Avqustun 20-də bina sakinləri öz mənzillərini tərk etməmələri və pəncərəyə yaxın durmamaları ilə bağlı kompleksin administrasiyasından və polisdən bildiriş alıblar. Üç saatdan sonra isə onlara sözügedən əşyanın yoxlanıldığı və onun bomba olmadığı barədə məlumat verilib. 

Kompleks sakinlərindən birinin telekanala verdiyi məlumata görə, həmin binada çox sayda israilli yaşayır.
 
"Biz bunun ciddi bir şeylə əlaqəli olduğunu düşünmürdük, xüsusən də burada, Mayamidə, Yairin o vaxt İsraildə olduğunu bilirdik", - sakin kanalın redaktorlarına bildirib.

Sakinlər nə baş verdiyini öyrənmək üçün menecerlərlə əlaqə saxlamağa çalışsalar da,onlara ətraflı məlumat verilməyib. Nəticədə, xüsusilə sakinlərdən birinin binada əvvəllər görmədiyi ərəb fəhləsini gördüklərini bildirməsindən sonra panika başlayıb.

Üç saatdan sonra insanlara vəziyyətin normallaşdığı bildirilib, lakin polisin dəqiq nəyi aşkar etdiyini heç kim izah etməyib. Bəzi sakinlər minaaxtaran robotla ərazidə istehkamçıların işlədiyini görüblər.

"Heç kim baş verənlər haqqında həqiqəti söyləməyəcək, çünki bu, israillilərin getməsinə və icarə müqavilələrinin pozulmasına səbəb ola bilər" ,  -  Yair Netanyahunun qonşusu deyib.
 
O əlavə edib ki, həyatı üçün daim qorxu içində yaşayır. 

"Həmişə narahatam, nə i sə olacağından qorxuram. Yair çox qorxmuş görünür, hətta hovuza çıxanda da bu hiss olunur. Bilirəm ki, bəzi sakinlər hətta bina rəhbərliyindən onu köçürməyi xahiş ediblər", - sakin bildirib. 
 
N.Təbrizli


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
2
anews.az

9Mənbələr