AZ

Durov 5 milyon avro girov müqabilində Fransada qalıb

Durov

Dünən axşam Paris məhkəməsi “Telegram”-ın qurucusu Pavel Durova qarşı 6 maddə üzrə ittiham irəli sürüb.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, ittihamların arasında kəşfiyyat xidmətləri ilə əməkdaşlıqdan imtina, kiber fırıldaqçılıq, narkotik vasitələrin yayılmasında iştirak və “Telegram” vasitəsilə uşaq pornoqrafiyası var.

Durov məhkəmə nəzarəti altına alınıb: o, həftədə iki dəfə polisə xəbər vermək öhdəliyi ilə 5 milyon avro girov müqabilində azad edilib. Onun Fransa ərazisini tərk etməsi qadağandır.

Paris prokurorluğunun açıqlamasında deyilir ki, “Telegram”ın təsisçisi Pavel Durov həbsdən azad edilib, amma o, “ciddi məhkəmə nəzarəti” altında qalacaq.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
reyting.az

10Mənbələr