Durov 5 milyon avro girov müqabilində Fransada qalıb
Dünən axşam Paris məhkəməsi “Telegram”-ın qurucusu Pavel Durova qarşı 6 maddə üzrə ittiham irəli sürüb.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, ittihamların arasında kəşfiyyat xidmətləri ilə əməkdaşlıqdan imtina, kiber fırıldaqçılıq, narkotik vasitələrin yayılmasında iştirak və “Telegram” vasitəsilə uşaq pornoqrafiyası var.
Durov məhkəmə nəzarəti altına alınıb: o, həftədə iki dəfə polisə xəbər vermək öhdəliyi ilə 5 milyon avro girov müqabilində azad edilib. Onun Fransa ərazisini tərk etməsi qadağandır.
Paris prokurorluğunun açıqlamasında deyilir ki, “Telegram”ın təsisçisi Pavel Durov həbsdən azad edilib, amma o, “ciddi məhkəmə nəzarəti” altında qalacaq.