AZ

YAP gücünü xalqın dəstəyindən alır- ÖZƏL

"Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm nailiyyətlər əldə edib". "Olaylar" xəbər verir ki, bunu YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev bildirib: "Bu gün sıralarında 730 mindən çox üzvü birləşdirən YAP gücünü xalqın dəstəyindən alır. Bu partiyanın fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır. Parlament seçkilərində YAP ilə rəqabət aparmaq gücündə olan siyasi təşkilat yoxdur".
O, bildirib ki, güclü, qüdrətli, qalib və bütövləşən Azərbaycanın hər birimizin qürur mənbəyidir: "Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. "Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
45
olaylar.az

10Mənbələr