AZ

İsrail ordusu “İslami Cihad”ın kəşfiyyat qüvvələrinin komandirini zərərsizləşdirdi


İsrail Müdafiə Qüvvələri (IDF) son 24 saat ərzində Qəzza zolağının mərkəzi və cənub hissələrində gedən döyüşlər zamanı onlarla terrorçunu, o cümlədən Fələstinin “İslami Cihad” qruplaşmasının kəşfiyyat qüvvələrinin komandiri Usamə Cədallahı zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
IDF-nin məlumatına görə, Cədallah anklavın cənubundakı Xan Yunis şəhəri yaxınlığında öldürülüb.
Hərbçilər əlavə ediblər ki, o, 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak edib.
Hərbçilər həmçinin bildiriblər ki, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında radikalların 40 hərbi obyektinə zərbələr endirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
1
yeniavaz.com

2Mənbələr