İsrail ordusu “İslami Cihad”ın kəşfiyyat qüvvələrinin komandirini zərərsizləşdirdi
İsrail Müdafiə Qüvvələri (IDF) son 24 saat ərzində Qəzza zolağının mərkəzi və cənub hissələrində gedən döyüşlər zamanı onlarla terrorçunu, o cümlədən Fələstinin “İslami Cihad” qruplaşmasının kəşfiyyat qüvvələrinin komandiri Usamə Cədallahı zərərsizləşdirib. Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. IDF-nin məlumatına görə, Cədallah anklavın cənubundakı Xan Yunis şəhəri yaxınlığında öldürülüb. Hərbçilər əlavə ediblər ki, o, 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak edib. Hərbçilər həmçinin bildiriblər ki, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında radikalların 40 hərbi obyektinə zərbələr endirib.