AZ

Azərbaycan üçün yeni perspektivlər…

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərlinin YAP Saatlı rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılıb: “Partiyanın seçki platformasında ötən 30 ilin möhtəşəm uğurları və qarşıdakı dövrün əsas hədəfləri  əks olunub”.

Deputatlığa namizəd Əziz Ələkbərli bildirib ki, Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyub: “Budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır. Prezident İlham Əliyevin müstəqil və uzaqgörən siyasəti sayəsində istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb, qarşımızda yeni perspektivlər açılıb. Hazırda başlıca məqsəd növbəti milli hədəflərimizin gerçəkləşdirilməsidir”.

Tədbirdə təşviqat qrupunun üzvləri Sədafər Hüseynov, Lətif Şimşəkov və digərləri çıxış edərək uğurların davamı naminə seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər də YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
yeniazerbaycan.com

10Mənbələr