AZ

“Bu seçkilər ölkəmiz üçün yeni müvəffəqiyyətlər vəd edir”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 115 saylı Şəki kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Niymət Yusibovun seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin əsası qoyulub. Seçkilərin önəmindən bəhs edən D.Mikayılov “Bu seçkilər ölkəmiz üçün yeni müvəffəqiyyətlər vəd edir və Azərbaycanın demokratik inkişaf tarixinə yeni uğur səhifəsini yazacaq”, - deyə bildirib.

Deputatlığa namizəd Niymət Yusibov ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, YAP-ın uğurlu fəaliyyəti Azərbaycanın hərtərəfli inkişafına yol açır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etdiyi qeyd olunub.

Tədbirdə, təşviqat qrupunun üzvü Mehman Mikayılov və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
29
yeniazerbaycan.com

10Mənbələr