AZ

YAP seçkilərə qələbə əzmi ilə qatılır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Fətiyevin Bərdə rayonunun Qazaxlar və Xəsili kəndlərində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşləri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrün Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğunu deyib. F.Şadlinskaya əminliklə vurğulayıb ki, əldə edilən nailiyyətlər və qazanılan uğurlar bu seçkilərdə də xalqın seçiminin yenə də Yeni Azərbaycan Partiyası olacağını deməyə əsas verir.
Çıxış edən deputatlığa namizəd Xanlar Fətiyev bildirib ki, YAP seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə – Yeni dövrə Yeni Azərbaycanla qatılır. O, çıxışında mövcud Azərbaycan reallıqlarından, regionda, dünyada baş verən hadisələrdən, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan genişmiqyaslı uğurlardan, qarşıda duran hədəflərdən ətraflı bəhs edib.
Görüşlərdə təbliğat qrupunun üzvləri Məhərrəm Şəfiyev, şəhid anaları Mehparə Qəribova, İsbət Hətəmova çıxış edərək seçiciləri seçkilərdə fəal iştirak etməyə çağırıblar.
Çıxış edən seçicilər İkram Ziyadov, Məhərrəm Əliyev, Tahirə Səlimova, Elçin Məmmədov, Bahar Xəlilova, Hafiz Camalov “Bizim seçimimiz hər zaman olduğu kimi, indi də YAP-ın namizədidir” deyiblər.
Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Xanlar Fətiyev Bərdə rayonunun Qazaxlar kənd sakini İkram Ziyadovun, Tərtər rayonunun Köçərli kənd sakini Yaşar Abbasovun, İlxıçılar kənd sakini Murad Əliyevin evində olub, seçicilərlə fərdi görüşlər keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
50
arantv.az

10Mənbələr