AZ

MDB PA-nın nümayəndə heyəti parlament seçkilərinə hazırlıq prosesi barədə məlumatlandırıldı

Bakı. Trend:

Avqustun 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri MəzahirPənahov növbədənkənar parlament seçkilərini izləmək üçünAzərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi ParlamentAssambleyasının (MDB PA) müşahidə missiyasının rəhbəri, MDB başkatibinin birinci müavini Leonid Anfimovun rəhbərlik etdiyinümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, MSKsədri Azərbaycanın MDB-nin üzv dövlətləri ilə sıx əlaqələrininolduğunu qeyd edib.

M.Pənahov qonaqlara seçicilərin, məntəqələrin, müşahidəçilərinsayı, bülletenlərin çapı və digər məsələlər barədə ətraflı məlumatverib, beynəlxalq təşkilatların nümayəndələrinin seçkiləri müşahidəetmək üçün ölkəmizə gəldiyini deyib. Bildirib ki, seçkilərəhazırlıq Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun aparılıb,seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli şəraityaradılıb.

Parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə ilk dəfəkeçirildiyini vurğulayan MSK sədri, Qarabağda və Şərqi Zəngəzurda54 seçki məntəqəsi yaradıldığını, bu ərazilərdə 42 mindən yuxarıseçici olduğunu diqqətə çatdırıb. Bildirib ki, ümumilikdə seçkiləriizləmək üçün ölkə üzrə 1000 veb-kamera quraşdırılıb.

Leonid Anfimov Azərbaycanda növbədənkənar parlament seçkilərinəhazırlığın yüksək səviyyədə təşkil edildiyini və seçkiqanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunudeyib.

Qonaq vurğulayıb ki, Azərbaycan sülh və sabitliyin hökm sürdüyüölkədir, bu da təbii olaraq seçki prosesinə müsbət təsirinigöstərir.

“MDB müşahidə missiyası olaraq bundan əvvəl fevralın 7-dəAzərbaycanda keçirilmiş Prezident seçkilərini izlədik, xalqın özLiderinə inam və etibarını, yüksək təşkilatçılığı, xalqınhəmrəyliyini müşahidə etdik. Ümid edirik ki, sentyabrın 1-nə təyinedilmiş parlament seçkiləri də bu tempdə keçəcək”, - deyə LeonidAnfimov diqqətə çatdırıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
23
az.trend.az

10Mənbələr