AZ

Ukrayna ordusu Kurskda Qərbin bahalı texnikalarını itirib - ABŞ kəşfiyyatçısı

Ukrayna Rusiyanın Kursk vilayətinə hücum zamanı Qərbin bahalı texnikalarını itirib.

Redaktor.az xəbər verir ki, bunu "Judging Freedom" yutub kanalına müsahibəsində keçmiş kəşfiyyatçı Skott Ritter deyib. 

“Onlar (Ukrayna Silahlı Qüvvələri - red.) bu zərbə qüvvələrini yaratmaq üçün milyardlarla dollar xərclədilər və yoxa çıxdılar, bütün tanklar: M1 "Abrams", "Challenger", yeni "Leopard" tankları, onlar Kursk bölgəsindədirlər, məhv edilirlər”, -  o bildirib. 

Keçmiş kəşfiyyatçının sözlərinə görə, bu texnikalar Donbass uğrunda döyüşlərdə istifadə edilməli idi, lakin Kiyev əslində Qərb ölkələrinin sərmayələrini puç edib.

Qeyd edək ki, avqustun 30-da  Rusiya Müdafiə Nazirliyi Kursk vilayətinin işğalından sonra Ukrayna qoşunlarının 7,8 mindən çox əsgərini itirdiyini açıqlayıb. Həmçinin Rusiya regionunda gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri 75 tank, 507 zirehli döyüş maşını, 53 artilleriya qurğusu, 235 texnika, 64 zirehli transportyor, 36 piyada döyüş maşını və 31 vahiddən çox digər növ texnika itirib.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
redaktor.az

10Mənbələr