AZ

Pakistanlı müşahidəçilər: Seçkilər azad şəraitdə keçirilir

Seçkilər çox azad və qərəzsiz şəraitdə keçirilir.

APA xəbər verir ki, bu fikirləri pakistanlı müşahidəçi Khan Jam Salfullah jurnalistlərə açıqlamasında deyib:

“Biz Azərbaycanda seçkiləri müşahidə etmək üçün buradayıq və indiyə qədər hər şeyin çox normal getdiyini müşahidə etmişik. Hər şey qaydasındadır. Ümid edirəm ki, Azərbaycan xalqı öz nümayəndələrini seçəcək, çünki demokratiyanın mahiyyəti budur”.

O qeyd edib ki, Azərbaycanın dostları kimi seçkiləri izləməyə gəliblər: “İndiyə qədər müşahidə etdiklərimizə əsasən, deyə bilərəm ki, seçkilər azad şəraitdə keçirilir”.

Digər pakistanlı müşahidəçi Bhatti Zülfiqar Ali jurnalistlərə açıqlamasında bildirib ki, seçki prosesi çox yaxşı və çox sakit keçir:

“Biz birinci seçki məntəqəsindəyik. Seçki prosesinin çox yaxşı və çox sakit keçdiyini gördük və ümid edirik ki, bu da şəffaf olacaq”.

Seçilən
22
16
far.az

10Mənbələr