952 seçki məntəqəsində “exit-poll” keçirmişik. Ümumilikdə 76 mindən çox seçicinin fikri öyrənilib. Proses zamanı heç bir problem yaşanmayıb.
Bizim.Media xəbər verir ki, bu sözləri sentyabrın 1-də keçirilən mətbuat konfransında növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı “exit-poll” keçirən İtaliyanın SWG S.P.A Tədqiqatlar Şirkətinin tədqiqat rəhbəri Rado Fonda deyib.
MÖVZU İLƏ BAĞLI:
Britaniyalı deputat: Azərbaycanda seçki prosesi ilə bağlı hər şey eynilə bizdəki kimi keçdi - FOTO
“Biz yetkinlik yaşına çatan və səsvermə hüququ olan seçicilər arasında sorğu keçirmişik. “Exit-poll” 3 dəqiqə ərzində baş tutub”, - deyə o əlavə edib.
Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Parlament seçkilərində 990 deputatlığa namizəd mübarizə aparıb.
Bizim.Media