AZ

Premyer Liqa klubu braziliyalı leginerindən şok xəbər aldı

“Araz Naxçıvan” yayda böyük ümidlərlə heyətə qatdığı Karlos Jatobadan pis xəbər alıb.

Təxminən 20 gün əvvəl məşqdə dabanından zədə alan braziliyalı legioner Türkiyədə əməliyyat olunmuşdu.

İlkin ehtimallara görə orta sahə oyunçusunu 1 aya kollektiv məşqlərə qoşulmalı idi.

Lakin gözləntilər özünü doğrultmayıb.

28 yaşlı əcnəbinin qayıdışı uzun müddət çəkəcək.

Söhbət minimum 3 aydan gedir.

Karlos “Araz” formasından cəmi 1 matç keçirib.

Birinci turun “Qarabağ”la baş tutan qarşılaşmasına (1:4) təsadüf edən görüşdə 90 dəqiqə meydanda olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
50
sportinfo.az

10Mənbələr