AZ

PFL prezidenti sabah xəstəxanadan evə buraxılacaq

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov sabah xəstəxanadan evə buraxılacaq.
 
Bu barədə "Report"a PFL-in media və marketinq direktoru Sənan Abdullayev deyib.
 
“Elxan müəllim sabah xəstəxanadan evə buraxılacaq. Amma 6 ay müddətində reabilitasiya davam edəcək. Bununla yanaşı, bu həftədən həm də işə çıxacaq”, - deyə S. Abdullayev bildirib.
 
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Seçilən
101
9
moderator.az

10Mənbələr