AZ

Azərbaycanın voleybol millisinin baş məşqçisi seçim xarakterli məşqlər keçirib

Voleybol üzrə yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların baş məşqçisi Cahangir Seyed Abbasi tərəfindən Qəbələ Olimpiya İdman Kompleksində seçim xarakterli məşqlər keçirilib.

"Far.Az" xəbər verir ki, baş tutan məşqlərdə “Oğuz”, “Tovuz” və “Gəncə” Regional Voleybol Klublarının, eləcə də RVK-lara daxil olan ətraf bölgələrin 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçuları iştirak ediblər.

20 idmançının qatıldığı məşqlərdə fərqlənən və müvafiq kriteriyalara cavab verən voleybolçuların qeydiyyatı aparılıb.

Qeyd edək ki, bu seçimlərin aparılmasında əsas məqsəd 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçulardan ibarət yığma komandaların formalaşdırılmasıdır. Belə seçim xarakterli məşqlər digər bölgələrdə də həyata keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
7
far.az

8Mənbələr